"Aztelekom"a baş direktor təyin olunub

© Photo : www.ictnews.azСуат Пашаев, фото из архива
Суат Пашаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suat Paşayev bu ilin may ayından "Aztelekom" MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edib

BAKI, 2 dek — Sputnik. "Aztelekom" MMC-yə baş direktor təyin olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Suat Paşayev "Aztelekom" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

S. Paşayev bu ilin may ayından "Aztelekom" MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edib. "Aztelekom" MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov isə "Rabitə işi" ilə əlaqədar həbsdədir.

Xəbər lenti
0