16:08 06 Dekabr 2016
Canlı yayım
Formula 1 yarışı

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Bakıda keçiriləcək yarışın tarixi bir həftə sonraya keçirilib

BAKI, 1 dek-Sputnik. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumatına görə, Azərbaycan Qran Prisi Formula 1 Dünya Çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır. 

Çempionat çərçivəsində növbəti ildə Qran Pri yarışları 20 ölkədə keçiriləcək. FİA-nın açıqladığı yarış təqvimində Qran Pri yarışlarının ardıcıllığı belədir:

24-26 mart —Avstraliya (Melburn)
7-9 aprel — Çin (Şanxay)
14-16 aprel — Bəhreyn (Bəhreyn)
28-30 aprel — Rusiya (Soçi)
12-14 may — İspaniya (Barselona)
26-28 may — Monako (Monte Karlo)
9-11 iyun — Kanada (Monreal)
23-25 iyun — Azərbaycan (Bakı)
7-9 iyul — Avstriya (Spilberg)
14-16 iyul — Böyük Britaniya (Silverston)
28-30 iyul — Macarıstan (Budapeşt)
25-27 avqust — Belçika (Spa-Frankorçamp)
1-3 sentyabr — İtaliya (Monza)
15-17 sentyabr — Sinqapur (Sinqapur)
29 sentyabr — 1 oktyabr — Malayziya (Sepanq)
6-8 oktyabr — Yaponiya (Suzuka)
20-22 oktyabr — ABŞ (Ostin)
27-29 oktyabr — Meksika (Mexiko)
10-12 noyabr — Braziliya (San Paolo)
24-26 noyabr — BƏƏ (Abu Dabi)

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib:

"Ötən il yarışın Avropa Qran Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq. Bu il yarışın adının dəyişdirilməsi üçün FİA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə çatdıra biləcəyik və xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq."

Qeyd edək ki, 2 dekabr tarixindən etibarən gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına başlanılacaq. İlk iki ay ərzində biletlər 30 %-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək. Əməliyyat şirkəti hamını bu böyük endirim kampaniyasından yararlanmağa çağırır.

Əlaqədar

"Yerli əhaliyə Formula 1-i sevdirməyə çalışırıq"
Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Teqlər:
Le Man, Formula 1 Avropa Qran Prisi, Nigar Arpadarai, Bakı Şəhər Halqası, Formula 1, Beynəlxalq Avtomobil Federasiyası

Əsas mövzular