16:10 06 Dekabr 2016
Canlı yayım
HİV, AİDS, QİÇS, SPİD

Məktəblilər 750 dollara satılan dərmanı 2 dollara hazırladılar

healthcareglobal
XƏBƏRLƏR
Qısa URL
19810

ABŞ-lı biznesmen Martin Şkreli HİV-ə yoluxmuş xəstələrin müalicəsində istifadə olunan dərmanın qiymətini ifrat dərəcədə şişirdib

BAKI, 1 dek-Sputnik. Avstraliyada məktəblilər HİV-ə yoluxmuş xəstələr üçün nəzərdə tutulan bahalı preparatları sintez edərək onların ucuz variantlarını hazırlayıblar.
İş ondadır ki, HİV-ə yoluxmuş xəstələr üçün nəzərdə tutulmuş həyati vacib preparatların siyahısını Ümumdünya Səhiyyə Təşkilatından 2015-ci ildə ABŞ-lı biznesmen Martin Şkreli alıb.

O, bu dərmanın hər tabletkasını 13 dollar əvəzinə 750 dollara satmağa başlayıb.
Sidney məktəbinin yuxarı sinif şagirdləri Sidney Universitetindən olan Elis Uilyamsonun rəhbərliyi ilə laboratoriya şəraitində pirimetaminin sintezini həyata keçiriblər.

Nəticədə uşaqlar 2 dollara başa gələn preparatı almağa nail olublar. Bu preparat 750 dollara satılan preparatın eynidir. Belə çıxır ki, Şkreli onu pasientlərə 350 dəfə baha qiymətə satır.

Mütəxəssislər qeyd ediblər ki, bu dərman azad satışa buraxılmamışdan qabaq kliniki yoxlamadan keçməlidir.

Məktəblilər inanırlar ki, onların işi uğur qazanacaq.

Əlaqədar

SPİD-in qurbanı olan məşhurlar - inanılmazdır!
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
İranda 7,4 min nəfər QİÇS-dən ölüb
Peşəkar Futbol Liqasından QİÇS-lə mübarizəyə dəstək

Əsas mövzular