16:10 06 Dekabr 2016
Canlı yayım
İlham Əliyev

Bəzi investorlar vergidən azad edildi

prezident.az
XƏBƏRLƏR
Qısa URL
66 0 0

İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorları dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.

BAKI, 30 noy-Sputnik. İnvestisiya layihələrini "Tik — idarə et — təhvil ver" modelinə uyğun həyata keçirən investorları dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.

Sputnik-in məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini "Tik — idarə et — təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır.

Əlaqədar

Vergi və kredit borcu olanlar vətəndaşlıqdan məhrum edilirlər
Bank sektoru vergi ödəmələrini azaldıb
Vergi ödəyicilərinin nəzərinə!
Bankların problemi: vergi tətilləri mümkündürmü?
Teqlər:
Dövlət rüsumu haqqında, vergi, investorlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular