14:17 04 Dekabr 2016
Canlı yayım
Ильхам Алиев вручает орден Гейдар Алиев Александру Лукашенко

Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeni verilib

© Официальный сайт президента Азербайджана
XƏBƏRLƏR
Qısa URL
4310

Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

BAKI, 29 noy-Sputnik. Noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Sputnik-in məlumatına görə, iki ölkə prezidentinin Birgə Bəyanatını Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıblar.

Burada həmçinin "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı"; "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında; "Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında; "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair" sazişlər, "2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı";

Состоялась встреча Ильхама Алиева и Президента Республики Беларусь Александра Лукашенко один на один
© Официальный сайт президента Азербайджана
 "Azərbaycan Respublikası və Belarus Respublikası arasında təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlığın inkişafı Proqramı"; "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasında gömrük hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol"; "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"; "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 2013-cü il 21 noyabr tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Saziş"; "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Belarus Respublikası İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq Proqramı" imzalanıb.

Noyabrın 28-də Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi də keçirilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə "Heydər Əliyev" ordenini prezident Aleksandr Lukaşenkoya təqdim edib.

Qeyd edək ki, bu orden Lukaşenkoya Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən verilib.
Sərəncamda bildirilir ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Əlaqədar

Lukaşenko: Bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz
İlham Əliyevlə Aleksandr Lukaşenko Qarabağda baş verən son gərginliyi müzakirə ediblər
Aleksandr Lukaşenko: Xəzərdəki faciə belarusluları qəlbən sarsıtdı
Aleksandr Lukaşenko: Biz Azərbaycan üçün əlimizdən gələni edəcəyik
Lukaşenko Azərbaycana dost dəstəyini ifadə edib
Teqlər:
"Heydər Əliyev" ordeni, Belarus prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular