11:56 11 Dekabr 2016
Canlı yayım
Tərəzi, kökəlmək, köklük

Adamların qışda kökəlməsinə məhz bu amil səbəb olur

Diabethelp.org
XƏBƏRLƏR
Qısa URL
15220

Alimlər niyə adamların qışda artıq çəki yığmasına aydınlıq gətiriblər

BAKI, 28 noy-Sputnik. Massaçusets Universitetindən olan amerikalı tədqiqatçılar adamların niyə qışda artıq çəki yığdıqlarını müəyyənləşdirdiklərini bəyan ediblər.
Alimlərin dediyinə görə, daha əvvəldən də məlum olduğu kimi, havanın soyuq vaxtı artıq çəki yaya nisbətən çox yığılır.

Sən demə, bu, baş beyində gedən kimyəvi proseslərlə bağlıdır. Qışda serotoninin istehsalı azalır. Məhz bu maddə aclıq hissini tənzimləyir. Qışda o maddə az istehsal edildiyindən insan daha çox çəki artımına səbəb olan karbohidrat tələb etməyə başlayır.

Mütəxəssislər onu da qeyd edirlər ki, qadınların orqanizmi menstrual sindrom zamanı serotoninin istehsalını azaldır. Həmin günlərdə qadınlar tərkibində çoxlu karbohidratlar olan şirniyyatı çox tələb edir. Serotonin isə karbohidratları parçalamaq funksiyasını yerinə yetirir. O, qışda az istehsal edildiyindən, orqanizmdə yığılan karbohidratların hamısının öhdəsindən gələ bilmir.

Mütəxəssislər həmçinin bildirirlər ki, qış vaxtı bayramlar çox olur və bu vaxt bütün evlərdə üstü müxtəlif çeşidli yeməklərlə zəngin olan süfrələr açılır. Eyni zamanda qışda adamlar az hərəkət edir, vaxtın çoxunu evdə, ya da qapalı isti yerlərdə keçirir, təmiz havaya az çıxırlar. Bütün bunlar çəki artımına səbəb olur.

Əlaqədar

Kökəlmək istəyənlər oxusunlar
Artıq çəki beyinə necə zərər verirmiş...
Yaşlı insanların çəki itirmələrinin səbəbi bəlli oldu
Artıq çəkidən xilas olmağın ən asan yolu tapıldı
Teqlər:
kökəlmək, köklük, karbohidrat, alimlər, Massaçusets Universiteti

Əsas mövzular