Hava dəyişir, qar çəkilir

© AFP 2023 / RICHARD BOUHETHava şəraiti
Hava şəraiti - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 24 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda qar - Sputnik Azərbaycan
Bakıya qar yağacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6, Bakıda gecə 0-2, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Xəbər lenti
0