CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah "ASAN Xidmət" mərkəzləri işləməyəcək

© TREND"ASAN Xidmət" mərkəzi
ASAN Xidmət mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar 10 noyabr tarixindən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər

BAKI, 8 noy — Sputnik. 9 noyabr — Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 10 noyabr tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda respublika ərazisində 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Xəbər lenti
0