Bu günə olan rəsmi valyuta məzənnələri

Abunə olmaq
Əksər xarici valyutalar manata nisbətən bahalaşıb

BAKI, 8 noy — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə 0,54% möhkəmlənərək 1,6686 manata çatıb.

Avro da manata nisbətən 0,26% bahalaşaraq 1,8424 manat olub. Rusiya rublu 1,55% bahalaşaraq 0,0262 manat səviyyəsinə çatıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,56% möhkəmlənərək 0,5258 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik azalma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6839 manat səviyyəsində qalıb.

Xəbər lenti
0