Paytaxt və rayonlarda gözlənilən hava şəraiti

© Sputnik / Murad OrujovTutqun hava şəraiti
Tutqun hava şəraiti - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 7 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 08-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah hava buludlu olacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 13-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Xəbər lenti
0