SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Mənə "diktator" deyiblər, vecimə də deyil"

© AFP 2023 / ADEM ALTANRecep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: Qərb Türkiyəni 53 il Avropa İttifaqının qapısının önündə gözləməyə məcbur edib.

BAKI, 6 noy-Sputnik. "Onlar mənə "diktator" deyiblər. Heç vecimə də deyil. Bir qulağımdan girər, o biri qulağımdan çıxar."

Sputnik-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulun Tibb Elmləri Universitetində təşkil olunmuş fəxri doktor elmi adının verilməsi mərasimindəki çıxışı zamanı deyib.

Ərdoğan HDP-dən olan millət vəkillərinin həbsindən sonra Almaniyanın Bild qəzetində onun haqqında yazılan "diktator Ərdoğan" ifadəsini şərh edərkən "vecimə də deyil" deyib.

"Təzyiqlərlə, qəzetlərdə karikaturamızı dərc edərək elə bilirlər bizi geri addım atmağa sövq edə biləcəklər. Əbəs yerə beyinlərini yormasınlar, biz onların kim olduğunu bilirik. Onlar mənə "diktator" deyiblər. Heç vecimə də deyil. Bir qulağımdan girər, o biri qulağımdan çıxar." — deyə Ərdoğan bildirib.

Ərdoğan Qərbin Türkiyə üçün yaxşı heç nə etmədiyini də dilə gətirib.

"Türkiyə Qərbdən nə gözləməlidir, əgər Qərb Türkiyəni 53 il Avropa İttifaqının qapısının önündə gözləməyə məcbur edirsə" — deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan bu gün Türkiyə üçün başqalarının nə deyəcəyinin heç bir əhəmiyyət daşımadığını söyləyib.

Xəbər lenti
0