Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

HƏMAS silahlı münaqişəni başlasa, İsrail onu məhv edəcək

© AP Photo / Adel HanaПалестинские члены бригады Изз ад-Дин аль-Кассам военного крыла ХАМАС
Палестинские члены бригады Изз ад-Дин аль-Кассам военного крыла ХАМАС - Sputnik Azərbaycan
Abunə olmaq
Nə İsrailin Müdafiə Ordusu, nə də Müdafiə Nazirliyi HƏMAS-la silahlı münaqişənin bərpa olunmasında maraqlı deyil. Əgər belə bir münaqişə olsa, onda HƏMAS məhv ediləcək.

BAKI, 26 okt-Sputnik. İsrailin HƏMAS-la münasibətləri sonuncunun niyyətlərindən asılıdır.

Bunu Sputnik-ə İsrailin Müdafiə Nazirliyinin mətbuat katibi Elina Bardaç-Yalova İsrailin müdafiə nazirinin bəyanatını şərh edərkən deyib.

İsrailin müdafiə naziri Aviqdor Liberman Qəza zolağının rəhbərliyi HƏMAS-a xəbərdarlıq edib ki, İsraillə növbəti müharibə onlar üçün son olacaq. Bununla belə, o silahla münaqişə axtarmır.

Bardaç-Yalovanın sözlərinə görə, əgər HƏMAS demilitarizasiyaya, atəşkəsə və terrorun sona çatmasına hazırdırsa, İsrail hökuməti ona port, aeroport və sənaye sahələri tikməyə kömək etməyə hazırdır.

"Yox, əgər onlar bu şərtlərə hazır deyillərsə, onda deməli İsrailin də sözügedən məsələ ilə bağlı mövqeyi dəyişməyəcək." — deyə o, bildirib.

Müharibəyə gəlincə, mətbuat katibi deyib ki, İsrail Müdafiə Ordusu və ölkənin Müdafiə Nazirliyi silahlı münaqişənin bərpa olunmasında maraqlı deyil.

Sputnik-in müsahibi həmçinin bildirib ki, bu, təkcə Qəza zolağı ilə bağlı deyil, istənilən qonşu dövlətə aiddir.

"Əgər bu münaqişəni HƏMAS başlasa, onda bu dəfə İsrail Müdafiə Ordusu yarı yolda dayanmayacaq" — deyə o, bildirib.

Bardaç-Yalova qeyd edib ki, İsrail Müdafiə Ordusu HƏMAS-ı sadəcə məhv edəcək.

Xəbər lenti
0