Fuad Poladov teatrdan getdiyini açıqlayıb

© Photo : Akademik Milli Dram TeatrıFuad Poladov, "Şah Qacar" obrazında
Fuad Poladov, Şah Qacar obrazında - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu yaxınlarda teatrdan çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə teatrı tərk edib.

BAKI, 26 okt-Sputnik. Xalq artisti Fuad Poladov gözlənilməz qərar verib.

Sputnik Teleqraf-a istinadla xəbər verir ki, o, bu yaxınlarda teatrdan çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə teatrı tərk edib.

Bu barədə Hikmət Rəhimov özünün facebook səhifəsində məlumat verib:

"Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bəyan edən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi — heç kim. Hər şeyə görə çox sağ olun".

Məsələ ilə bağlı Fuad Poladov özü şərh vermək istəmədiyini deyib.

Qeyd edək ki, gənc aktyor Hikmət Rəhimov bu yaxınlarda teatrın rəhbərliyi ilə yola getmədiyi və rejissor Vüqar Məmmədovla dalaşdığı üçün Azərbaycan Dövlət Milli Dram Teatrından qovulub. 

Xəbər lenti
0