CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar və avro bahalaşıb, lari ucuzlaşıb

BAKI, 25 okt — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi oktyabrın 24-ü ilə müqayisədə 0,37% bahalaşaraq 1,6211 manat təşkil edib. Avro da manata nisbətən 0,5% möhkəmlənərək 1,7638 manat olub.

Rusiya rublu oktyabrın 14-ü ilə müqayisədə 1,16% bahalaşaraq 0,0261 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5260 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9808 manatdır. Beləliklə, funt sterlinq 0,52%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,04% ucuzlaşaraq 0,6826 manat təşkil edib.

Xəbər lenti
0