Daha bir xəbərdarlıq: sel gəlir

© pixabay / Free-PhotosLeysan
Leysan - Sputnik Azərbaycan
Abunə olmaq
Yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir

BAKI, 24 okt — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

На Баку обрушился ливень - Sputnik Azərbaycan
Nazirlikdən Bakı sakinlərinə xəbərdarlıq

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Xəbərdarlıq: Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0