02:23 05 Dekabr 2016
Canlı yayım
Azərbaycanlı deputatlar - Asim Mollazadə, Səməd Seyidov və Xanlar Fətiyev Avstraliya parlamentində

Görün avstraliyalı deputatlar Azərbaycan haqqında deyiblər

Asim Mollazadə/Facebook
XƏBƏRLƏR
Qısa URL
127610

Asim Mollazadə Avstraliyada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə çıxış edib

BAKI, 18 okt-Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib.
DİP-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avstraliyanın Pert şəhərində qeyd edilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev çıxış ediblər.

Onlar Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıblar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat veriblər.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək ölkəmiz haqqında xoş sözlər deyiblər. Mərasimdə Azərbaycan haqqında geniş məlumat verən Hammond deyib ki, bu ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolu oynayır:

"Azərbaycanın gözəl tolerantlıq ənənələri var. Odlar diyarında insanlar dinindən, millətindən asılı olmayaraq əsrlər boyu mehriban, dostluq, əmin-amanlıq şəraitində yaşayıblar."

Mərasimdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.

Əlaqədar

Avstraliya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
Avstraliya qaçqınlardan imtina etdi
Avstraliya vətəndaşı lotereyada böyük bir ada udub
Avstraliya materiki sürətlə şimala doğru hərəkət edir
Asim Mollazadə: Cəbhədə baş verənlər təxribatdır
Asim Mollazadə: Parlament diplomatiyasından geniş istifadə edilməlidir
Teqlər:
Avstraliya, Səməd Seyidov, Asim Mollazadə, Xanlar Fətiyev

Əsas mövzular