02:22 05 Dekabr 2016
Canlı yayım
Afrika qəbilələri

Afrika tayfalarının özlərini əla hiss etmələrinin səbəbi bəlli olub

© pixabay / falymerr
XƏBƏRLƏR
Qısa URL
629011

İbtidai insanlar da hazırkı adamlardan az yatıblar

BAKI, 17 okt-Sputnik. Müasir şəhərlər, qaynar həyat tərzi, son texnologiyalar sivilizasiyalı cəmiyyətə bir sıra problemlər gətirir. Həyatımızı qolaylaşdıran texnologiyalar — mobil telefonlar, kompüterlər, internet, e-kitablar, sosial şəbəkələr və s. əslində insanın ömrünü gödəltməklə, onun sağlamlığını əlindən almaqla məşğuldurlar. Bu səbəbdən də, Afrika cəngəlliklərində yaşayan ibtidai mədəniyyətə məxsus insanlar iri şəhərlərdə yaşayan və müasir texnologiyalara son dərəcə inteqrasiya etmiş insanlardan daha sağlam, uzunömürlü və xoşbəxtdirlər.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə ABŞ alimləri gəliblər.

Kaliforniya universitetinin mütəxəssisləri ibtidai insanların indikilərdən az yatdıqlarını və özlərini çox gözəl hiss etdiklərini elan ediblər.

İbtidai insanlardan çox da fərqlənməyən Cənubi Afrika tayfalarının həyatını tədqiq edən alimlər onların sutkada 5-7 saat yatdıqlarını aşkar ediblər.

Alimlərin bildirdiklərinə görə, tədqiq olunanlardan heç biri inkişaf etmiş ölkələrin sakinləri kimi yuxusuzluqdan şikayət etməyiblər.

Mütəxəssislər vurğulayırlar ki, məsələ yuxunun müddətində deyil, onun keyfiyyətindədir. İnsanın hansı şəraitdə yatmasının böyük önəmi var. Bir qayda olaraq, Afrika tayfalarında insanlar sərin yerdə yatırlar, meqapolislərin əhalisi isə isti yataqlarda yatmağa üstünlük verirlər.

Bununla belə, Afrika tayfalarına hələ də gedib çatmamış sivilizasiya böyük şəhərlərdə yaşayan müasir insanların pis yatmasının başlıca səbəbidir.

Buna görə də, mütəxəssislər hesab edirlər ki, ibtidai insanların yuxusunu tənzimləməyə ehtiyac yoxdur. Hazırda insanların 7-8 saat yatmaları kifayətdir. Həddindən artıq çox və ya az yatmaq insan sağlamlığı üçün ziyandır.

Teqlər:
ibtidai insanlar, Cənubi Afrika, Afrika

Əsas mövzular