CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möhtəşəm fürsət

© Sputnik / Murad OrujovYeni tikili
Yeni tikili - Sputnik Azərbaycan
Abunə olmaq
"Araz" və SPAR marketlər şəbəkəsi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyasının 2-ci tirajına start verib

BAKI, 4 okt — Sputnik. "Araz" və SPAR marketlər şəbəkəsi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyasının 2-ci tirajına start verib. Sputnik xəbər verir ki, cari ilin 1 oktyabr tarixindən 2017-ci ilin 8 yanvar tarixinə qədər keçiriləcək "Möhtəşəm 100 gün" lotereyası özünün hədiyyə fonduna görə bir ilkə imza atır.

Uduşda Abşeron rayonu, Xırdalan şəhərində "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 4 ədəd "KİA MOTORS"-dan avtomobil, "Türk hava yolları"ndan 10 ədəd 2 nəfərlik Bakı-İstambul-Bakı bileti (Biznes klass), "Dost Tech"dən 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan, 20 ədəd televizor, 20 ədəd notebook, 30 ədəd planşet, 60 ədəd tozsoran, 70 ədəd şirəçəkən və 60 ədəd ətçəkən oynanılacaq.

© © İllüstrasiyaAraz bonus kartı ilə möhtəşəm 100 gün
Araz bonus kartı ilə möhtəşəm 100 gün - Sputnik Azərbaycan
Araz bonus kartı ilə möhtəşəm 100 gün

Qeyd edək ki, "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 1 oktyabr — 8 yanvar tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lotereya qazanır. Hər bir "Spar" və "Araz" müştərisi marketdə yerləşən müştəri məlumat mərkəzinə və ya kassirə yaxınlaşaraq ödənişsiz olaraq "Bonus kart" əldə edə bilər.

"Bonuskart" vasitəsiilə 20 (iyirmi) manat və daha artıq alış veriş edən hər kəsə ödəniş qəbzindəki məbləğin hər 20 (iyirmi) manatın müqabilində bir lotereya bileti veriləcək. Müştərinin alış verişdə neçə ədəd lotereya bileti qazandığı qəbzin aşağı hissəsində gösətriləcək. Müştəri yalnız alış-veriş etdiyi gün əldə etdiyi lotereya biletləri ilə müştəri xidmətləri stendinə yaxınlaşmalıdır. Stendlər hər gün mağazalar açılandan bağlanana qədər saat 08:00-23:00, SPAR 3 mkr dairəsi isə saat 08:00-00:00 radələrində çalışacaq.

Xatırladaq ki, uduşlar 14 yanvar 2017-cı il tarixdə saat 15:00-da Bakı Flame Tower Fairmont Otelində keçiriləcək. Tirajın nəticələri www.arazmarket.com sayıtında elan ediləcək.

Xəbər lenti
0