CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu: külək, yağış, şimşək

Abunə olmaq
Sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir

BAKI, 23 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq.

Parçalı-buludlu hava - Sputnik Azərbaycan
Sabahın hava proqnozu açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 24-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Xəbər lenti
0