CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

Abunə olmaq
Dolların məzənnəsi sabit qalıb, avro manata nisbətən bahalaşıb, rubl sabit qalıb, lirə ucuzlaşıb

BAKI, 9 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 8-i ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,24% möhkəmlənərək 1,8498 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən gün olduğu kimi 0,0256 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,84% azalaraq 0,5542 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1858 manatdır. Beləliklə, funt sterlinq 0,17%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,21% azalaraq 0,7101 manat təşkil edib.

Xəbər lenti
0