CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 31 dərəcəyədək isti olacaq

Abunə olmaq
Rayonlarda sentyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdəşimşək çaxacağı, yağış yağacağı gözlənilir

BAKI, 8 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda yağış - Sputnik Azərbaycan
Yağış Bakını da tutacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdəşimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbər lenti
0