CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava haqqında xəbərdarlıq: sulu qar gözlənilir

CC0 / ASSY / showSulu qar
Sulu qar - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 5 sen — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Сквер на проспекте Гусейна Джавида в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Sabaha olan hava proqnozu açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.

Xəbərdarlıq: Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı olunur. Qərb küləyi əsəcək, ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Xəbər lenti
0