Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İslam Kərimov dəfn olundu

© Flickr / Oleg BrovkoКладбище Шахи Зинда в Самарканде
Кладбище Шахи Зинда в Самарканде - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

BAKI, 3 sen — Sputnik. Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

Sputnik-in xəbərinə görə, Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun nəşini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar. 

Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb. 

Özbəkistan bayrağı endirilib - Sputnik Azərbaycan
HADİSƏ
İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistan səfirliyində bayraq endirilib

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistanda bu gündən 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Xəbər lenti
0