Youtube növbəti yeniliyə imza atıb

© AFP 2023 / Nicholas KAMMYouTube-un ana səhifəsi
YouTube-un ana səhifəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Youtube" video portalında yeni bölmənin yaradılması planlaşdırılır.

BAKI, 26 avq-Sputnik. "Youtube" video portalında yeni bölmənin yaradılması planlaşdırılır. Bu bölmədə istifadəçilər mətnlər, fotoşəkillər, videoçarxlar yerləşdirə və həmkarları ilə bölüşə biləcəklər. 

Bu barədə portalın "Venturebeat" bloqunda məlumat verilib.

Rəsmi məlumatlara əsasən, "Backstage" adlandırılan platformanı "Youtube" cari ilin sonunadək istifadəyə verməyi planlaşdırır.

Bu platforma vasitəsilə istifadəçilər həm mobil, həm də kompyuter versiyaları ilə ünsiyyət yarada biləcəklər.

Xəbər lenti
0