Jurnalistika fakültəsində 15 yerə cəmi 1 nəfər qəbul edilib

© Sputnik / Evgeny Odinokovimtahan
imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
BDU-nun Jurnalistika fakültəsinin rus dili bölməsi bağlanmaq təhlükəsi ilə üzləşib.

BAKI, 26 avq-Sputnik. Azərbaycanda jurnalistika ixtisasına qəbul olunmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub.

Bunu "Report"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli deyib.

Onun sözlərinə görə, fakültənin Azərbaycan dili bölməsi üçün əyani təhsil üzrə ayrılan 60 yer, qiyabi təhsil üçün ayrılan 15 yer, eləcə də fakültənin ingilis dili bölməsi üçün ayrılan 15 plan yeri dolub:

"Yeganə problem rus dili bölməsindədir. Çünki həmin bölmə üçün 15 yer ayrılsa da cəmi 1 nəfər qəbul olunub. Bir tələbə ilə qrup yaranmır. Ötən il rus dili bölməsinə 4 nəfər daxil olduğu üçün qrupun yaranması mümkün olmuşdu".

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Proses avqustun 31-də yekunlaşacaq.

Xəbər lenti
0