Videokörpü: Azərbaycan və MDB-də turizmin inkişaf perspektivləri

© meydanTurizm, Bakı
Turizm, Bakı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Qazaxıstan və Belarusda turizmin inkişaf potensialı, həmçinin terror təhlükəsinin qlobal turizm sənayesinə təsiri müzakirə olunacaq

BAKI, 22 avq — Sputnik. 23 avqust saat 12:00-da "Azərbaycan və MDB-də turizmin inkişaf perspektivləri" mövzusunda Bakı-Astana-Minsk videokörpüsü olacaq. Azərbaycan, Qazaxıstan və Belarusda turizmin inkişaf potensialı, həmçinin terror təhlükəsinin qlobal turizm sənayesinə təsiri ilə bağlı bu mütəxəssislər danışacaqlar:
Bakıda:

— Azərbaycan Turizm Assosiasiyasının (AzTA) ölkəyə gələn turistlər komitəsinin üzvü, "Victory Tour" turizm şirkətinin direktoru Vüsal Hacıyev
Minskdə:

— Turizm Təşkilatları Respublika İttifaqının direktoru Valentin Tsexmeyster və "BelAqroTrevel" turizm şirkətinin direktor müavini Dmitri Morozov
Astanada:

Qazaxıstan Turist Assosiasiyasının nümayəndəsi

Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.

Xəbər lenti
0