Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dənizdə batan Rusiya vətəndaşının cəsədi çıxarılıb

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

BAKI, 14 avq — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Sputnik-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 11:45-də başa çatıb. 

Xəbər lenti
0