Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Serj Sarkisyan Moskvaya çağırıldı

© AP Photo / Maxim ShipenkovSerj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin. Moskva, Novo-Oqaryovo, Prezident iqamətgahı. 3 sentyabr 2013-cü il
Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin. Moskva, Novo-Oqaryovo, Prezident iqamətgahı. 3 sentyabr 2013-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedəcək.

BAKI, 19 avq-Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfərə gedəcək.

Sputnik-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçılarının görüşü zamanı strateji tərəfdaşlığın perspektivləri, iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.

Görüşdə Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Prezidentlər aktual beynəlxalq və regional məsələlərdən də danışacaqlar.

Qeyd edək ki, 7-8 avqustda İran və Rusiya prezidentlərinin Bakı, 9 avqustda isə Türkiyə prezidentinin Sankt-Peterburq səfərlərinin ardından regionda yeni geosiyasi situasiya yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi isə regiondakı əməkdaşlığa mane olur. Serj Sarkisyanın bu münaqişənin həlli ilə bağlı Moskvaya çağırıldığı bildirilir.

Xəbər lenti
0