Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Orxan Səfərov artıq Olimpiada medalının 1 addımlığındadır

© AFP 2023 / Jack GUEZOrxan Səfərov braziliyalı Felipe Kitadaiyə qarşı. 60 kq çəki dərəcəsində cüdo üzrə 1/4 final görüşməsi. Rio-de-Janeyro, Olimpiya oyunları stadionu. 6 avqust 2016-cı il
Orxan Səfərov braziliyalı Felipe Kitadaiyə qarşı. 60 kq çəki dərəcəsində cüdo üzrə 1/4 final görüşməsi. Rio-de-Janeyro, Olimpiya oyunları stadionu. 6 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyalı rəqibini ipponla məğlub edən Azərbaycan cüdoçusu yarımfinala yüksəlib.

BAKI, 6 avq-Sputnik. Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/16 finalında perulu rəqibi Xuan Postiqosa qalib gəlib.

Vazaari və yuko fəndləri ilə rəqibi məğlub edən Orxan 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

Xəbər lenti
0