Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı 2016-cı ildə rusiyalı turistlərin top-3-lüyünə daxil olub

© Sputnik / Murad OrujovBakının mərkəzində turistlər
Bakının mərkəzində turistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı MDB məkanında populyarlığına görə Rusiya turistləri arasında top-3-də yer alır.

BAKI, 2 avq-Sputnik. Bakı MDB məkanında populyarlığına görə Rusiya turistləri arasında top-3-də yer alır.

Otellərin axtarış servisi olan RoomGuru.ru 2016-cı ildə MDB məkanında rusiyalı turistlər arasında ən populyar olan şəhərləri müəyyən edib.

Reytinq 2016-cı ilin 1 yanvarından 31 iyuluna qədər axtarılmış və bron edilmiş otel və apartamentlərə əsasən tərtib edilib.

Bakı MDB məkanında rusiyalı turistlər arasında ən populyar olan şəhərlərdən 3-cüsüdür.

Rusiyalı turistlərin Bakıya marağının artmasına səbəb Formula 1 Avropa Qran Prisinin, "Jara" festivalının bu şəhərdə keçirilməsi, həmçinin Azərbaycanın Rusiya bazarında fəal mövqeyə çıxmasıdır.

RoomGuru.ru-nun məlumatına görə, rusiyalılar Azərbaycan paytaxtına orta hesabla 2,5 günlüyə səfər edirlər və oteldə qalmaq üçün sutkaya 2,8 min rubl xərcləyirlər. MDB-nin digər şəhərlərində isə 3 gün qalmaq üçün sutkada 2,9 min rubl xərcləməli olurlar.

MDB-də ən ucuz otel xərcləri Bişkekdə (sutkası 1,9 min rubl), ən bahalısı isə Astanadadır (3,5 min rubl).

2016-cı ildə MDB məkanında rusiyalı turistlər arasında ən populyar olan şəhərlərin siyahısına Minsk, Alma-ata, Bakı, Astana, Yerevan, Kiyev, Daşkənd, Bişkek, Vitebsk və Kişinyov daxildir.

Rusiyalı turistlər arasında MDB məkanında ən populyar olan şəhərlərin top 10-luğu belədir:

1. Minsk, sutkası 2500 rubl.
2. Alma-ata, 2700 rubl.
3. Bakı, 2800 rubl.
4. Astana, 3500 rubl.
5. Yerevan, 2600 rubl.
6. Kiyev, 2750 rubl.
7. Daşkənd, 2350 rubl.
8. Bişkek, 1900 rubl.
9. Vitebsk, 2200 rubl.
10. Kişinyov, 2300 rubl.

RoomGuru.ru (HotelsCombined) World Travel Awards tərəfindən son 3 ildə dünyada ən yaxşı otel axtarış sistemi hesab olunub.

Xəbər lenti
0