Bu qorxunc adaya əsla getməyin!

© Photo : PUBLIC DOMAINKeymada-Qrandi adası
Keymada-Qrandi adası - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər dünyanın ən təhlükəli adasının adını açıqladılar.

BAKI, 1 avq-Sputnik. Amerikalı bioloqlar bütün məlum adaların flora və faunasını analiz edərək onların ən təhlükəlisini müəyyənləşdiriblər. Alimlər dünyanın ən təhlükəli adasının Braziliyadakı Keymada-Qrandi (Ilha da Queimada Grande)olduğunu bildiriblər.

Sputnik informing.ru-ya istinadla xəbər verir ki, bu balaca qayalıqdan ibarət ada Braziliya sahillərində, San-Pauludan cənubda yerləşir. Keymada-Qrandi ona görə ən təhlükəli adadır ki, onun əsas sakinləri ilanlardır. Adanın ümumi sahəsi 0,43 km²-dir. Amma bioloqlar orada 4 min ilanın yaşadığını bildirirlər.

Bu səbəbdən Keymada-Qrandiyə praktiki olaraq insan ayağı dəymir. Adanı ziyarət etmək Braziliya hökumətinin xüsusi icazəsi olmadan qəti qadağandır.

Turistlərin isə bu adanı ziyarət etmək üçün icazə alması mümkün deyil. Onlar yalnız adanın sahillərində balıq tuta və dayvinqlə məşğul ola bilərlər.

Adanı nadir hallarda Braziliya flotunun nümayəndələri ziyarət edirlər. Onlar Keymada-Qrandidəki dəniz fənərinin təchizatı üçün bu adaya eniş edirlər. Hakimiyyətin razılığı ilə adaya buranın əsas sakinlərinin həyatını müşahidə etmək üçün vaxtaşırı serpentoloqlar ekspedisiya təşkil edirlər.

Qeyd edək ki, Keymada-Qrandinin sakinləri arasında dünyanın ən təhlükəli ilanlarının növləri, o cümlədən ada botropsları (Bothropoides insularis) yaşayır. Bu ilana dünyada yalnız sözügedən Braziliya adasında rast gəlmək mümkündür.

Bu növdən olan ilanların zəhəri çox təhlükəlidir. Bu zəhər tez təsir edir və praktiki olaraq toxumaları anında iflic edir.

Xəbər lenti
0