Sabah Azərbaycanda havanın temperaturu yüksələcək

Abunə olmaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

BAKI, 1 avq-Sputnik. Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 22-24 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

Xəbər lenti
0