Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub

© AFP 2023 / STRINGERMünhendə terror
Münhendə terror - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayəti törətməkdə 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. Terrorçunun intihar etdiyi ehtimal olunur.

BAKI, 23 iyul — Sputnik. Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Münhen polisinin rəisi Hubertus Andre  bildirib.

Məlumata görə, cinayəti törətməkdə  18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. Terrorçunun intihar etdiyi ehtimal olunur.

“Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin  terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb.

Xəbər lenti
0