Münhendə fövqəladə vəziyyət elan edilib

© AFP 2023 / Andreas Gebert / dpaMünchner Hauptbahnhof evakuiert
Münchner Hauptbahnhof evakuiert - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlıların axtarışı ilə bağlı xüsusi əməliyyata hərbi helikopterlər cəlb edilib.

BAKI, 22 iyul-Sputnik. Almaniyanın Münhen şəhərindəki "Olympia" ticarət mərkəzində baş verən insidenti törədən silahlı şəxslərin axtarışı davam edir.

Sputnik xəbər verir ki, silahlıların axtarışı ilə bağlı xüsusi əməliyyata hərbi helikopterlər cəlb edilib.

Münhenin mərkəzi dəmiryol vağzalı bağlanıb. Polis əhalini evlərindən çıxmamağa çağırıb.

Bavariyanın Daxili İşlər Nazirliyi insidentdə 3 nəfərin öldüyünü bildirsə də, Münhen polisi çox sayda adamın öldürüldüyünü xəbər verib.

Abendzeitung Muenchen nəşri silahlı insidentdə ən az 15 nəfərin öldüyünü bildirib.

Alman KİV-ləri 6 nəfərin meyidinin aşkarlandığını xəbər veriblər.

Münhen polisi əhaliyə bir neçə nəfərin atəş açdığını bildirib. Qeyd edib ki, silahlılar ya binada, ya da binanın yaxınlığında olublar.

Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib, əhali evakuasiya edilib.

Hüquq mühafizə orqanları sakinləri bu rayondan uzaqlaşmağa çağırıb. Şəhərdə bir neçə istiqamətdə metronun hərəkəti dayandırılıb.

Qeyd edək ki, bazar ertəsi Əfqanıstandan olan azyaşlı miqrant Almaniya qatarında sərnişinlərə balta ilə hücum edərək 4 nəfəri yaralamışdı. Hadisə şəhər kənarında, Vyurtsburqdakı Troyxtlingen stansiyası yaxınlığında baş vermişdi.

Cinayətkar stop-kranı basaraq qatardan tullanmış, polisdən gizlənməyə müvəffəq olmuşdu.

Xəbər lenti
0