CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının 7 rayonunda 1 sutka su problemi yaşanacaq

© Photo : STRİçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Magistral kəmərlərdən birində qəza baş verib. Problem aradan qaldırılana qədər Bakı şəhərinin bir sıra rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq.

BAKI, 19 iyul — Sputnik. Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Bu barədə Sputnik-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0