Türkiyədə hərbi çevrilişə cəhd baş verib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidTürkiyənin bayrağı
Türkiyənin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə silahlı qüvvələri: Hakimiyyətə son qoyuldu.

BAKI, 16 iyul-Sputnik. Türkiyənin paytaxtı Ankara şəhərində hərbiçilər dövlət çevrilişinə cəhd ediblər.

Sputnik Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Milli İstihbatar Təşkilatının (MİT) baş ofisini mühasirəyə alıb.

Baş nazir Binəli Yıldırım bunun hərbi çevrilişə cəhd olduğunu bildirib. O, "əgər millət istəsə, hakimiyyətdən gedəcəyik. Əks halda lazımi tədbirlər görüləcək" — deyə bildirib.

Hazırda Ankara üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.

İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.

Türkiyə silahlı qüvvələri açıqlama verib: Hakimiyyətə son qoyuldu!

Türkiyənin Baş qərargah rəisi Hulusu Akarın hərbi çevrilişə cəhd edən bir qrup əsgər tərəfindən girov götürüldüyü bildirilib. 

Xəbər lenti
0