CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsveçin Azərbaycandakı səfiri Şəkidə səfərdədir

© Photo : APA IAİsveçin Azərbaycandakı səfiri İngrid Tersman
İsveçin Azərbaycandakı səfiri İngrid Tersman - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonda keçirilən görüş zamanı Şəkinin aqrar bölgə olduğu və bu sahədə ikitərəfli əməkdaşlıqların həyata keçirilməsi barədə də müzakirələr aparılıb

BAKI, 11 iyul — Sputnik. İsveçin Azərbaycandakı səfiri İngrid Tersman Şəkidə səfərdədir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, səfir Şəki RİH-in başçısı Elxan Usubovla görüşüb.

Şəki şəhərində qədim küçələrdən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
Şəkili sənətkarlar həyəcan təbili çalırlar

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Bir çox sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Səfir İngrid Tersman 7 aydır Azərbaycanda olduğunu vurğulayıb. Səfər zamanı Şəkinin tarixi, mətbəxi və bir çox sahəsi ilə yaxından tanış olduğunu deyən İngrid Tersman şəhərə heyran olduğunu bildirib.

Öz növbəsində Elxan Usubov şəhərdə keçirilən beynəlxalq dərəcəli festivallar barəsində qonağı məlumatlandırıb. İsveçin folklor qrupunu növbəti İpək Yolu Beynəlxalq Musiqi festivalında iştirak etməyə dəvət edib.

Görüş zamanı Şəkinin aqrar bölgə olduğu və bu sahədə ikitərəfli əməkdaşlıqların həyata keçirilməsi barədə də müzakirələr aparılıb. Həmçinin iki ölkə arasında turizmin inkişafı üçün də atıla biləcək addımlar barədə danışılıb. Bu sahənin yaxın gələcəkdə inkişaf etməsi üçün çox geniş potensiala malik olduğu vurğulanıb.

Hər il Şəkiyə gələn turistlərin 30%-nin avropalılar olduğu qeyd edilib. Bu rəqəmlərin arta biləcəyi vurğulanıb. Sonda tərəflə bir-birlərinə hədiyyə verib.

Xəbər lenti
0