50 mindən çox yaylım atəşi açılacaq

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidAtəşfəşanlıq festivalı
Atəşfəşanlıq festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada keçirilməsi gözlənilən ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında azərbaycanlı pirotexnika ustaları da iştirak edəcəklər

BAKI, 5 iyul — Sputnik. Cari il iyulun 23-24-də Moskvada ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalı keçiriləcək. Sputnik report-a istinadən xəbər verir ki, azərbaycanlı pirotexnika ustaları da festivalda iştirak edəcəklər.

Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq. Dünyanın ən yaxşı pirotexnika komandaları fesivala dəvət olunub. Azərbaycan, Çin, Qazaxıstan, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniya pirotexnika komandaları fişənglərin buraxılması sənəti üzrə yarışacaq.

Qeyd edək ki, festival zamanı iştirakçıların 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirəcəyi planlaşdırılır. Fişənglərin uçuş hündürlüyü 300 metrə çatacaq.

Xəbər lenti
0