Ərdoğandan Avropanı silkələcəyək açıqlama

© AFP 2023 / ADEM ALTANRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Avropa İttifaqı ilə müzakirələrinin davam edib-etməyəcəyinə türk xalqı qərar verə bilər"

BAKI, 23 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə müzakirələrin davam edib-etməyəcəyinə türk xalqının qərar verə biləcəyini deyib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Ərdoğan, referendum keçirilməsinin ən doğru addım olacağını bildirib.

Qeyd edək ki, son vaxtlar Avropa İttifaqının rəsmi Ankara qarşısında əsassız şərtlər irəli sürməsi Türkiyədə qəzəblə qarşılanmaqdadır. Yerli siyasilər və politoloqlar İttifaqın Türkiyədən tələb etdiyi "Terrorla mübarizə qanunu"nda dəyişiklik təklifini qətiyyətlə rədd edir.

Xəbər lenti
0