Dolu yenə rayonlara aman verməyəcək

© Photo : STRDolu. Arxıv şəkli
Dolu. Arxıv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Bakıya yağış yağacaq.

BAKI, 16 iyun-Sputnik. Son günlər növbə ilə Azərbaycan rayonlarını iflic edən dolu, sabah da aman verməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, iyunun 17-də Azərbaycanın əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0