Xəbərdarlıq: Bakıya və bir sıra rayonlara içməli su məhdudiyyətlərlə veriləcək

İçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.

BAKI, 14 iyun-Sputnik. Bu gün Bakının və respublikanın bəzi rayonlarına içməli su məhdudiyyətlərlə veriləcək.

Qəbələdə sel - Sputnik Azərbaycan
Bakı susuz qala bilər
Bu barədə Sputnik-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumatda bildirilir ki, son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyun 2016-cı il tarixdə gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcəkdir.

Xəbər lenti
0