CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

May ayına gözlənilən hava proqnozu açıqlandı

© Sputnik / Shahperi AbbasovaYaz havası
Yaz havası - Sputnik Azərbaycan
Abunə olmaq
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın olacağı gözlənilir.

BAKI, 29 apr — Sputnik. May ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Yağışlı hava şəraiti davam edir
Bakıda və Abşeron yarımadasında — Orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında — Orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında — Orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 8-13, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında — Orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüskəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.

Yağışlı havada oynayan uşaqlar - Sputnik Azərbaycan
Paytaxtda sakit, bölgələrdə yağışlı hava gözlənilir

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında — Orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 5-10, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-166 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında — Orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 13-18, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında — Orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti
0