QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər Ağdamda 76 evi bombalayıblar

© Sputnik / Iliya PitalevArtilleriya atəşi
Artilleriya atəşi - Sputnik Azərbaycan
Abunə olmaq
Mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub

BAKI, 28 apr — Sputnik. Erməni silahlı birləşmələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Azərbaycanın Ağdam rayonunda dağılmış evlərin sayı 76-ya çatıb. Bu barədə "Report"a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, aprelin 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Xəbər lenti
0