QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Düşmənin döyüş texnikası, canlı qüvvəsi və hərbi infrastrukturu sıradan çıxarılıb

© Sputnik / Murad OrujovГерб Министерства Обороны Азербайджанской Республики
Герб Министерства Обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

BAKI, 2 aprel-Sputnik. Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

"Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb." — MN-in məlumatında bildirilir.

Xəbər lenti
0