Brüssel qan içində: ölənlərin sayı 34-ə çatdı

© REUTERS / Francois LenoirBelçika - Brüksel - Zaventem Havalimanı
Belçika - Brüksel - Zaventem Havalimanı - Sputnik Azərbaycan
Abunə olmaq
Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb.

BAKI, 22 mart-Sputnik. Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfərə çatıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən "Kalaşnikov" markalı silah tapılıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.

Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.

Xəbər lenti
0