İtaliya Liviyaya müdaxiləyə hazırlaşır

© © KARIM SAHIB / AFPLiviya
Liviya - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi əməliyyat Liviya hakimiyyəti tərəfindən istək rəsmən elan edildikdən dərhal sonra başlayacaq.

BAKI, 26 fev-Sputnik. İtaliya ordusu İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün Liviyada xüsusi hərbi əməliyyata hazırlaşır.

Sputnik-in məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərə görə, hərbi əməliyyat Liviya hakimiyyəti tərəfindən istək rəsmən elan edildikdən dərhal sonra başlayacaq.

Qeyd edək ki, İtaliya həmişə Liviyada təhlükəsizliyin nizamlanmasında və təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bəyan edib. Ancaq indiyə qədər hərbi müdaxilə barədə təkliflər istisna edilirdi, üstəlik, müdafiə naziri Roberta Pinotti bunu yolverilməz hesab etdiyini bildirmişdi. Bununla belə, dünən gecə efirə gedən "Virus" verilişində xanım nazir artıq gəmilərin Siciliya boğazında olduğunu vurğulayıb.

Xəbər lenti
0