Ərdoğanın həbs etdirdiyi jurnalistlər onun ad günündə azadlığa buraxıldı

© Photo : AA/İsa TerliTürkiyənin məşhur jurnalistləri Can Dündar ve Erdem Gül
Türkiyənin məşhur jurnalistləri Can Dündar ve Erdem Gül - Sputnik Azərbaycan
Abunə olmaq
Can Dündardan Türkiyə prezidentinə ironik təşəkkür

BAKI, 26 fev-Sputnik. MİT TIR-ları barədə qəzetdə xəbər dərc etdiyinə görə, casusluqda günahlandırılaraq 93 gün həbsxanada yatan Türkiyənin məşhur jurnalistləri Can Dündar ve Erdem Gül bu gün azadlığa buraxılıblar.

Sputnik-in məlumatına görə, həbsxanadan çıxandan dərhal sonra onlar işlədikləri "Cumhuriyet" qəzetinin binası qarşısına gediblər. Burada jurnalistlərə açıqlama verən Gül və Dündar, Konstitusiya Məhkəməsinin xitam qərarının mətbuat azadlığı nöqteyi-nəzərindən vacib bir məqam olduğunu qeyd ediblər. "Cumhuriyet"in Ankara təmsilçisi Gül, iki dəfə ağırlaşdırıcı maddələrlə ittiham edilmələrini şərh edərkən, "Cana deyirdim ki, ölənə qədər həbsxanada yatacağıq, diriləcəyik, gəlib yenidən yatacağıq, öləcəyik, daha 30 il də yatacağıq" deyib.

Türkiyədə işlədilən "müxalif qəzetçilik" ifadəsinə şərh verən Gül deyib: "Müxalifət mediası barədə bir söz deyə bilmərik. Belə düşüncə tərzinin olmaması lazım idi. Jurnalistlik hər şeyi yoxlayan, araşdıran bir peşədir. Müxalifət mediası, iqtidar mediası anlayışlarının olması belə doğru deyil".

Üç aylıq həbsxana dövrünün əhəmiyyət kəsb etmədiyini vurğulayan Gül, bundan sonra həbsxanadakı digər jurnalistlərin haqlarının bərpa olunması üçün yazacaqlarını qeyd edib.

"Cumhuriyet" qəzetinin baş redaktoru Can Dündar isə növbəti dəfə ironik tərzdə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Ankara təmsilçiləri ilə baş redaktorlar gündə ən azı bir dəfə danışırlar. Ancaq bu hesabda 24 saat biryerdə yatmaq yox idi. Ərdəmlə bir subaylıq həyatı yaşadıq. Ankara təmsilçisi ilə baş redaktor arasındakı əlaqə belə olmalıdır. Hörmətli prezidentə təşəkkür edirəm. İstəsək belə, bu qədər biryerdə ola bilməyəcəkdik."

Dündar Konstitusiya Məhkəməsinin bu qərarının digər qəzetçilərə də şamil edilməsini istədiklərini deyib: "Bundan sonra məsləkdaşlarımızın həbsxanaya gedən yolunun qarşısını kəsə bildiyimiz üçün məmnunuq."

Xəbər lenti
0