CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokuror Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə 63 il həbs cəzası istəyib

© Photo : Rasim AliyevRasim Əliyev
Rasim Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistin ölümündə günahlandırılan şəxslərlə bağlı məhkəmənin növbəti prosesi martın 1-nə təyin olunub.

BAKI, 23 fev-Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sputnik "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prosesdə R.Əliyevin döyülmə anını özündə əks etdirən videogörüntülər və xəstəxanada verdiyi müsahibələr nümayiş etdirilib.

Dövlət ittihamçısı çıxış edib. Prokuror E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası (ümumilikdə 63 il) istəyib.

Qeyd edək ki, Məhkəmənin növbəti prosesi martın 1-nə təyin olunub.

Xatırladaq ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti
0