"SOCAR Georgia"nın səhmlərinin 49%-i Mixali Saakaşvilinin xanımına məxsusdur?

© AP Photo / Shakh AivazovMixail Saakaşvili və Sandra Rulofs
Mixail Saakaşvili və Sandra Rulofs - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan tərəfi Kaxa Kukavanın "SOCAR Georgia"nın 49%-inin offşor zonada qeydiyyatdan keçən və Sandra Rulova məxsus şirkətə aid olduğuna dair iddiasını rədd edib.

BAKI, 25 yan-Sputnik. "SOCAR Georgia" şirkətinin səhmlərinin 49%-nin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa məxsus olması barədə iddialar ağlasığmazdır". 

Sputnik-in məlumatına görə, bu barədə APA-Economics-ə "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

Baş direktorun sözlərinə görə, bu cür bəyanatlar verən şəxslərin yalnız bir məqsədi var — özünə diqqət cəlb etmək. "Ağlasığmaz, gülünc bəyanatlarla kimlərsə özünə diqqət cəlb etmək istəyir və buna nail olur. Bu cür açıqlamalar bizdə yalnız gülüş doğurur. "SOCAR Georgia"nın səhmdarları barədə məlumatlar ictimaiyyət üçün açıqdır. Biz fəaliyyətimizdə şəffafıq", — deyə M. Məmmədov qeyd edib.

"Azad Gürcüstan" partiyasının lideri Kaxa Kukava yerli "Xronika" qəzetinə müsahibəsində deyib ki, "SOCAR Georgia"nın səhmlərinin 49%-i Gürcüstanın sabiq birinci xanımı Sandra Rulovsa məxsusdur.
"Səhmlərin 51%-i SOCAR-a məxsusdur. Xarici biznes nəşrlərlə tanış olsanız, görərsiniz ki, "SOCAR Georgia"nın 49%-i offşor zonada qeydiyyatdan keçən və Sandra Rulovsun sahibi olduğu şirkətə məxsusdur. Gürcüstanda hakimiyyət dəyişəndən sonra, yerli mətbuat dəfələrlə yazıb ki, Bidzina İvanişvili SOCAR-ı, o cümlədən Azərbaycan hökumətini bununla şantaj edib və 49%-lik səhm paketini öz yaxın qohumu Uça Mamatsaşvilinin adına qeydiyyata salmağı tələb edib. Lakin sabiq baş nazir rədd cavabı alıb. İndi isə İvanişvili Kaxa Kaladzedən (baş nazirin birinci müavini, energetika naziri — red.) istifadə edərək, Azərbaycana qarşı müharibə aparır və SOCAR-dan öz payını tələb edir. Məlum olur ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı danışıqların heç bir siyasi tərəfi yoxdur. Bu, gözdən pərdə asmaqdır" — deyə Kukava əlavə edib.

"SOCAR Georgia"nın 51%-i SOCAR-a, 49%-i isə "Petro-Trans" şirkətinə məxsusdur.

Xəbər lenti
0