CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

© Sputnik / Мурад ОруджевАллея Шехидов в Баку
Аллея Шехидов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev və xanımı Mehriban Əliyeva Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblə

BAKI, 20 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 20-də — Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Sputnik-in AZƏRTAC-a istinadən verdiyi xəbərə görə dövlət başçısı "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər. Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak ediblər.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun cinayətkarcasına səhvi nəticəsində Bakıya sovet ordusunun hissələri yeridildi. Dinc əhalinin gülləbaran edilməsi nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 20 yanvar Azərbaycanda matəm və Ümumxalq hüzn günü elan olunub.

Xəbər lenti
0